Xəzan

Reklam
Reklam
Eşqinin oduna gizli yanıram Vahid Çəmənli

Eşqinin oduna gizli yanıram Vahid Çəmənli

Eşqinin oduna gizli yanıram,
Süzülür bir damla nəm kipriyimdən.
Bir gün vüsalına yetişə bilsəm,
Asacaq özünü qəm kipriyimdən.

Yoxladım, duzludu həsrətin dadı,
Kor etdi gözləri, xar etdi adı.
Yenə kipriyimlə götürdüm odu,
Alışır hər gecə şəm...
Bu səhər üzümə güldü sonbahar Vahid Çəmənli

Bu səhər üzümə güldü sonbahar Vahid Çəmənli

Bu səhər üzümə güldü sonbahar,
Həzin bir təbəssüm dodağa gəldi.
Üfüqdən boylandı qırmızı Günəş,
Şəkili ağappaq yanağa gəldi.

Yarpaqlar budaqda alışdı, yandı,
Küçələr al-əlvan nura boyandı...
Alagöz gözəllər tezdən oyandı,
Sənəklə,...
Payız Vahid Çəmənli

Payız Vahid Çəmənli


Könül, qəm eləmə payız yetişdi,
Yaşıl yarpaqları soldurub gedər...
Süzər gül qoxulu şirin şərbəti,
Büllur badələrə doldurub gedər

Tənha cığırları alar duman, çən
İçdikcə şəbnəmi məst olar çəmən;
Xəfif səhər mehi əsdikcə hərdən,
  • Payız
  • Payız fəsli
  • Xəzan
  • Saralan yarpaqlar
  • Üçtübün
  • Azərbaycan
  • Ağdam
  • Qarabağ
  • Çəmənli
  • Vahid Çəmənli
  • Köz üstündəyəm

    Köz üstündəyəm

    Başıma dünyanın dərdini yığdım,
    Axır yıxdı məni, üz üstündəyiəm.
    Yalvara-yalvara qalmışam Haqqa,
    Axşamdan səhərə diz üstündəyəm.



    Qafiləm, dünyanın oyunlarından,
    Bir haray ummuram qoyunlarından…
    Günahı asılıb boyunlarından,
    Baxıram,...
    Yenə payız gəlir Vahid Çəmənli

    Yenə payız gəlir Vahid Çəmənli


    Yenə payız gəlir,
    Yenə dağların
    Günəşi, yağışı dolaşıq düşür.
    Min rəngə boyanan yamaclarımın
    Sarısı, yaşılı qarışıq düşür.

    Əsir sərin – sərin sabah yelləri,
    Tarlaya səsləyir zərif əlləri...
    Şövq ilə açılır payız gülləri,
  • Payız
  • Xəzan
  • Payız gəlir
  • Payız yağışları
  • Sonbahar
  • Yaşıl yarpaqlar
  • saralan yarpaqlar
  • Vahid
  • Vahid Çəmənli
  • Göy göl.
  • Bu mənəm, gəlmişəm, sevdalı diyar Vahid Çəmənli

    Bu mənəm, gəlmişəm, sevdalı diyar Vahid Çəmənli



    Bu mənəm, gəlmişəm, sevdalı diyar,
    Sən məni səsimdən tanımadınmı?
    İsti əllərimin hərarətindən,
    Odlu nəfəsimdən tanımadınmı?

    Bir cüt ala gözdən düşmüşəm sehrə,
    Sevirəm, baxmıram qəzaya, qəhrə,
    Sevgiyə, nəğməyə, ülfətə, mehrə,
  • Sevdalı diyar
  • Xəzan
  • Hicran nəğmğsi
  • Sevgi
  • Ülfət
  • mehr
  • sədaqət
  • Vahid Çəmənli
  • Əlacı yox təkcə Vahid bihalın.

    Əlacı yox təkcə Vahid bihalın.

    20 yaşında xatirə dəftərinə yazdığım şer.

    05 may 1977 - ci il
    Bakı ş.


    Bütün yolu yalnız səni düşündüm,
    Xəyalımda cilvələndi xəyalın.
    Bir ümidin nəşəsindən isindim,
    Sevindim ki, keçib gedər məlalın.

    Necə qıyım qəlb...
    Ömrün payızında açılan laləm Vahid Çəmənli

    Ömrün payızında açılan laləm Vahid Çəmənli

    Səni haylamaqdan batmışdı səsim,
    Ay mənim payızda açılan laləm.
    Sən gəldin, gözündə qaynar təbəssüm,
    Sən gəldin, yaz oldu gözümdə aləm.

    Sən gəldin, üzündə solmaz təravət.
    Könlümdə ülvi bir sevda oyatdın.
    Sən gəldin, qəlbində sönməz məhəbbət,
  • Ömür
  • payız
  • lalə
  • çəmən
  • xəzan
  • qış fəsli
  • qaynar təbəssüm
  • Vahid
  • Vahid çəmənli
  • Ağdam
  • Qarabağ
  • Bəlalı sevgim Vahid Çəmənli

    Bəlalı sevgim Vahid Çəmənli

    Baharda aradım, axtardım səni,
    Xəzanda gül açdın, bəlalı sevgim.
    Nə bir ümid ilə ovutdun məni,
    Nədə ki yan qaçdın, bəlalı sevgim.

    Mən sənə acıdım, sən isə mənə,
    Ağlatdın, sızlatdın hey dönə-dönə...
    Şıltaq gəncliyimdən ötən ömrümə,
    Acı...
    Payız - Rəvan Məmmədli Nişançı

    Payız - Rəvan Məmmədli Nişançı


    Yenə fikirliyəm yenə qəmliyəm
    Yenə də ağlıma o qız gəlibdir
    Yarpaqlar saralıb tökülür artıq
    Yenə bu yerlərə payız gəlibdir

    Yarımçıq qalıbdır sevgimin payı
    Günbəgün azalır vüsalın sayı
    Bir də görərəmmi bilmirəm yayı
    Yenə bu yerlərə...