qara

Reklam
Reklam
Gəlmişəm Vahid Çəmənli

Gəlmişəm Vahid Çəmənli

Gəlmişəm

Qaxaca dönmüşəm, çiyim qalmayıb,
Mən saz havasından bişib çıxmışam.
Elə qovrulmuşam, cızdağım çıxıb,
Şerin tavasından bişib çıxmışam.

Adıi Çəfakeş

Könlümə toxunma, havalıyam mən,
Yanıq Kərəmidə bişib gəlmişəm.
  • Sarı güllər
  • qırmızı güllər
  • doqqaz
  • Yar bağı
  • Vahid
  • Vahid Çəmənli
  • Ağdam
  • Qarabağ
  • Var  Vahid Çəmənli

    Var Vahid Çəmənli



    Sənin dərgahına min illik yoldu,
    Min dəfə yıxılıb, durmağı da var.
    Hər tərəf daşlıqdı, tikanlı koldu,
    Hərdən kölgəliyi, irmağı da var.

    Qəhr etməm ömrümü qarda, boranda,
    Küləklər yanımda dövrə vuranda...
    Tək – tənha keçdiyim yollar...
    Hələ ürəyimdə ayaq izi var Vahid Çəmənli

    Hələ ürəyimdə ayaq izi var Vahid Çəmənli

    Hələ də qəlbimdə ayaq izi var,
    Qəlbimi yoluna sərdiklərimdən.
    Neçəsin əfv etdim, amma neçəsi
    Gizlədir gözünü gördüklərimdən.

    Can dedim, can verdim haqqın yolunda,
    Haqqına girmədim qara qulun da.
    Heyif, həyatımın dolaylarında,
    Qeyb edib, huşumdan...
    Qış ola Vahid Çəmənli

    Qış ola Vahid Çəmənli

    Qış gələ...
    Çəkilib isti otağa,
    Yar ilə aranı xəlvət edəsən.
    Baxasan
    nur saçan tər yanağına,
    Tutub əllərindən ülfət edəsən...

    Çöldə həzin – həzin narın qar yağa.
    Ağ örtük sərilə bağcaya, bağa,
    Şirin gülüş qona incə dodağa,
  • Qaldı
  • söz bazarı
  • borc
  • qazanc
  • sabah
  • ömür
  • həyat
  • ağaclar
  • bəhər
  • qara
  • Vahid
  • Ağdam
  • Vahid çəmənli
  • Daha o yerlərə bilet satan yox Vahid Çəmənli

    Daha o yerlərə bilet satan yox Vahid Çəmənli


    Dostum, Kəlbəcər torpağının vətənpərvər oğlu Mail Adilova həsr edirəm.

    Daha o yerlərə bələd olan yox,
    Daha o yerlərə bilet satan yox...
    O yerdə yolları ot - ələf basıb,
    Dağını, düzünü naxələf basıb.

    Üfüqdən üfüqə zəmisi yoxdu,
    Kimisi...
    Deyişmə 2 Vahid Çəmənli Çingiz Kürdəmirli

    Deyişmə 2 Vahid Çəmənli Çingiz Kürdəmirli

    Vahid Çəmənli
    Sözdən bal çəkməyə pərgarsan, şair!
    Bal da növbənövdü, şirin, acı var.
    Dərd çəkmək şairə yükdü əzəldən,
    Dərdi çəkmək üçün ana, bacı var!

    Çingiz Kürdəmirli
    Bu cəsarət sənə kimdən yoluxdu?!
    Nə olsun, bir qədər qarnın...
    Ürfan məclisində yerim boş qaldı Vahid Çəmənli

    Ürfan məclisində yerim boş qaldı Vahid Çəmənli

    Ürfan məclisində yerim boş qaldı.
    Dedillər səbr elə, bəlkə yaz oldu.
    Çox yazın ləzzəti damağımdadı,
    Andıqca, açıldı keyfim saz oldu.

    Bir həsrət, bir nisgil, bir də qəmli qəm,
    Yığışıb, başımda olmuşdular cəm.
    Bəs harda ləngidi dərdbilən həmdəm?
  • Qaldı
  • söz bazarı
  • borc
  • qazanc
  • sabah
  • ömür
  • həyat
  • ağaclar
  • bəhər
  • qara
  • Vahid
  • Ağdam
  • Vahid Çəmənli
  • Yar gələsidi Vahid Çəmənli

    Yar gələsidi Vahid Çəmənli

    Yar gələsidi
    Torağay qonmuşdu gül budağına,
    Car çəkib deyirdi yar gələsidi.
    Mən dedim, yar demə, baharımdı de,
    Bağıma, bağcama bar gələsidi.

    Üzə nur ələndi, dodağa gülüş,
    Könlümü şad edər vallah bu görüş...
    Gəldi muştuluğa çox tanış, biliş;
  • Bahar
  • yaz
  • torağay
  • gül budağı
  • Vahid Çəmənli
  • Qarabağ
  • Deyişmə Vahid Çəmənli Çingiz Kürdəmirli

    Deyişmə Vahid Çəmənli Çingiz Kürdəmirli

    Qıfılbənd Çingiz Kürdəmirlidən,
    açmasl Vahid Çəmənlidən.

    Çingiz
    Qələmim yoluxub böylə mərəzə,
    Dostları arayır, zehnin yoxlayır.
    Sual verim bir-bir, tapın cavabın:
    -Bu dünyanı hansı qüvvə saxlayır?..

    Vahid
    Nə deyim, hikməti çoxdu...
    Hayıf oldu Vahid Çəmənli

    Hayıf oldu Vahid Çəmənli

    Dərdindən üzüldüm ay dərdli yurdum,
    Güllərin saraldı, çöl hayıf oldu.
    Qoynunda min illər toy – büsat quran
    Obalar dağıldı, el hayıf oldu.

    Kimlərim qəhr oldu, kimlərim sağdı?
    İndi dağım Aran, Aranım dağdı.
    Xəzan yağışları qəlbimə yağdı.
    Qovuşdu...
    Getdi Vahid Çəmənli

    Getdi Vahid Çəmənli

    Getdi

    Dostum Mayil Adilova həsr edirəm.

    Dedim, misralardan bir çələng hörüm,
    Çiçəklər çəməndən sovuldu getdi.
    Baharmı gecikdi, qışmı ləngidi?
    Adəmmi cənnətdən qovuldu getdi?

    Üzündə təbəssüm girdi qapıdan,
    Pərişan halımı gördü...
    Qara nöqtələrdən bu üsullarla qurtulun

    Qara nöqtələrdən bu üsullarla qurtulun

    Qara nöqtələr dərinin parlaq və təmiz görünməsinin qarşısını alır. Onlardan qurtulmaq isə o qədər də çətin deyil.

    Burun üçün maska
    1 xörək qaşığı qatıq

    1 sürtgəcdən keçirilmiş limon qabığı

    1 xörək qaşığı qarğıdalı unu

    Hazırlanma...
    Bu saz məni ovudarmı Vahid Çəmənli

    Bu saz məni ovudarmı Vahid Çəmənli

    Sarı Aşıq məclisinin cəfakeşləri Ədalət müəllimə və Adil müəllimə həsr edirəm.

    Toxunduqca simlərinə
    Odlanıram için – için,
    Ağlayıram Kərəm üçün,
    Abbas üçün, Sənəm üçün.
    Valeh deyir Zərnigardan,
    Babam Ayna nənəm üçün...
    Bir Ruhani döndərməsi
  • Saz
  • Sənətkar
  • aşıq
  • Xaçınçay
  • Kötəl
  • Aşıq Şəmşir
  • Aşıq Ələsgər
  • Qarabağ
  • Vahid
  • Vahid Çəmənli
  • Sarı Aşıq
  • Adil Cəfakeş
  • Ədalət Bədirxanov
  • YOXUŞDAN QABAQ VAHİD ÇƏMƏNLİ

    YOXUŞDAN QABAQ VAHİD ÇƏMƏNLİ



    Həyatın qaydası, nizamıdır bu,

    Dərəyə enərlər yoxuşdan qabaq.

    Üzə sığal çəkər cavanlıq çağı,

    Parlayar Günəş tək qırışdan qabaq.



    Sözə diqqət verir gül də, çiçək də,

    Arı da, sərçə də, qara...
    Neçə ustadlardan dərsimi aldım Vahid Çəmənli

    Neçə ustadlardan dərsimi aldım Vahid Çəmənli

    Neçə ustadlardan dərsimi aldım,
    Dərsini bitirən adam san məni...
    Əlifdən başladım, leylidə qaldım,
    Sevda ram elədi çox asan məni.

    Qatladım kitabı qoydum bir yana,
    Dedim, nəzər salım qoca cahana,
    Baxmaqla nə səmər gələr insana?
    Qınadı, danladı çox...
    Nəbatisayağı Vahid Çəmənli

    Nəbatisayağı Vahid Çəmənli



    Allah, Allah gül üstündə zərdi bu,
    Ya zərin üstündə nur danəsidir?
    Ağlımı başımdan alıb apardı.
    Başım cəhənnəmin viranəsidir

    Sərxoş tək gəzirəm dağı, aranı,
    Xəyalı coşdurur, qaynadır qanı...
    Gəzirəm İranı, Rusu, Turanı,
    Tapmıram,...
    Mükafatın yekəsi  Vahid Çəmənli

    Mükafatın yekəsi Vahid Çəmənli



    Əgər şair qələm alsa əlinə,
    Demək, gəlib sazın, sözün vədəsi.
    Nəğmə qoşub bir gözəlin telinə,
    Bülbül kimi ötəsidir, ötəsi...

    Mənim bağım nə solar, nə talanar!
    Sarmaşıqlar sarı - sarı sallanar,
    Yar nazlanar, gül bağını dolanar,
  • Sarı güllər
  • dəsgah
  • qırmızı güllər
  • doqqaz
  • Yar bağı
  • Vahid
  • Vahid Çəmənli
  • Ağdam
  • Qarabağ
  • Mənə yüz il ömür arzula dostum Vahid Çəmənli

    Mənə yüz il ömür arzula dostum Vahid Çəmənli





    Mənə yüz il ömür arzula, dostum,
    Fələk günlərimi bir – bir saymasın.
    Qovuşum hər dürlü aydınlıqlara,
    Göz görsün,
    Qəlb vursun,
    Əcəl duymasın.

    Mənə yüz il ömür arzula dostum,
    Keçdiyim yollara zirvədən baxım.
    Çatdırım...
    Fələklə nərtaxta oynama, gözəl Vahid Çəmənli

    Fələklə nərtaxta oynama, gözəl Vahid Çəmənli



    Fələklə nərtaxta oynama, gözəi,
    Vaxtında beşini, şeşini atar.
    Hər bir xanəsində yüz tələsi var..
    Vallahi, adamın leşini atar.

    Sənin “dü bir” – inə atar “sə” qoşa,
    “Sə bir” - lə ümidin çırpılar daşa...
    Vurar şeş qoşayla oyunu...
    Amanat kişi Vahid Çəmənli

    Amanat kişi Vahid Çəmənli



    Təzədən tanıdım mən bu yay səni,
    Oturduq səninlə bir saat, kişi.
    Uçduq ömrümüzün xoş anlarına,
    Açdıq xəyallarda qol-qanad, kişi.

    Mən cocuq, sən isə ər oğlu ərdin,
    Kolxozda çox böyük işlər görərdin.
    Dəmir köhlənlərə həyat verərdin,
  • Ağdam
  • Çəmənli
  • Dəli Çəmənli
  • Amanat
  • Amanat kişi
  • Qarabağ
  • Vahid
  • Vahid Çəmənli
  • Kəhrizim müəllif Vahid Çəmənli

    Kəhrizim müəllif Vahid Çəmənli

    https://www.youtube.com/watch?v=-ZbDVMC2iHg...
    Bu səhər üzümə güldü sonbahar Vahid Çəmənli

    Bu səhər üzümə güldü sonbahar Vahid Çəmənli

    Bu səhər üzümə güldü sonbahar,
    Həzin bir təbəssüm dodağa gəldi.
    Üfüqdən boylandı qırmızı Günəş,
    Şəkili ağappaq yanağa gəldi.

    Yarpaqlar budaqda alışdı, yandı,
    Küçələr al-əlvan nura boyandı...
    Alagöz gözəllər tezdən oyandı,
    Sənəklə,...
    Payız Vahid Çəmənli

    Payız Vahid Çəmənli


    Könül, qəm eləmə payız yetişdi,
    Yaşıl yarpaqları soldurub gedər...
    Süzər gül qoxulu şirin şərbəti,
    Büllur badələrə doldurub gedər

    Tənha cığırları alar duman, çən
    İçdikcə şəbnəmi məst olar çəmən;
    Xəfif səhər mehi əsdikcə hərdən,
  • Payız
  • Payız fəsli
  • Xəzan
  • Saralan yarpaqlar
  • Üçtübün
  • Azərbaycan
  • Ağdam
  • Qarabağ
  • Çəmənli
  • Vahid Çəmənli
  • Köz üstündəyəm

    Köz üstündəyəm

    Başıma dünyanın dərdini yığdım,
    Axır yıxdı məni, üz üstündəyiəm.
    Yalvara-yalvara qalmışam Haqqa,
    Axşamdan səhərə diz üstündəyəm.



    Qafiləm, dünyanın oyunlarından,
    Bir haray ummuram qoyunlarından…
    Günahı asılıb boyunlarından,
    Baxıram,...
    Atam balası

    Atam balası



    Sənsiz nələr çəkdim, hesaba gəlməz
    Mənsiz darıxdınmı, atam balası?
    Oğrun baxışlarla səmanı süzüb,
    Yollara baxdınmı, atam balası?

    Dedilər, könüldən könülə yol var.
    Var da, canım, gözüm, amma dardı, dar...
    Köçəndə durnalar, ələyəndə...
    Çox da gileylənmə söz tükənəndə Vahid Çəmənli

    Çox da gileylənmə söz tükənəndə Vahid Çəmənli

    Dostum Sakit Məmmədova həsr edirəm.

    Çox da gileylənmə söz tükənəndə,
    Qələmdən, kağızdan ayrıl bir az da.
    Əl atıb bir işin qulpundan yapış,
    Su ver bir ağaca, bir çala qaz da...

    Demə, vaxt daralır, ömür boş gedir,
    Boş gedən bir ömür kimə xoş...
    Bilmirəm dünyanın harasındayam Vahid Çəmənli

    Bilmirəm dünyanın harasındayam Vahid Çəmənli



    Ağlımı başımdan almısan gözəl,
    Bilmirəm dünyanın harasındayam.
    Canlılar içində axtarma mənı,
    Çoxdan cansızların sırasındayam.

    Elə düşmüşəm ki özüm də şərə,
    Görünmür gözümə daha yan-yörə...
    Bölüb kipriklərin məni yüz yerə,
  • Dünya
  • canlı
  • cansız
  • Sevda
  • Vədəsiz sevda
  • Vahid
  • Vahid Çəmənli
  • Ağdam
  • Qarabağ
  • Rahilənin xatirəsinə Vahid Çəmənli

    Rahilənin xatirəsinə Vahid Çəmənli

    Mən bu yazını qələmə alanda sən artıq həyatda yox idin. Ömrünün əllinci baharında min bir əzabla yaşadığın həyata əlvida demişdin. Sən getdin, səninlə birgə həyatının ən böyük faciəsi də məzara getdi.



    Sənin haqqında nə deyim? Sadə bir qız idin. Çəmənlidə adı...
    Qardaş Vahid Çəmənli

    Qardaş Vahid Çəmənli

    Qardaş.

    Ağdamı 23 iyulda tərk edən qardaşım Zülfüqara həsr edirəm.


    Altmışı adladın, önündə yüzdü,
    Yüzə çatmağına nə qaldı, qardaş?
    Düşdü qismətinə ağrılı illər,
    Başını nə qədər dərd aldı, qardaş.

    Uşaqlıq çağını...
    Şahmar dedi adına Vahid Çəmənli

    Şahmar dedi adına Vahid Çəmənli

    Türk dünyasının gözəl şairi Şahmar Əkbərzadəyə həsr olunur.



    Anam bir sonaydı, nənəm bir sona...
    (Şahmar Əkbərzadə)

    Sözləri kəlmə - kəlmə
    Elə şirin deyirdin,
    Hər sözünün önündə,
    Çiçəklər büzüşürdü.
    Ürəyimdən...
    İzin ver suyundan doyunca içim Vahid Çəmənli

    İzin ver suyundan doyunca içim Vahid Çəmənli

    Canıma illərin yanğısı düşüb,
    İzin ver, suyundan doyunca içim,
    Sərçələr yuvadan çıxana qədər,
    Dəcəl kəpənəklər duyunca içim.

    Çox uzun, çox ağir yol gəldim sənə,
    Atəşdən od tutub alışır sinə,
    Neçə parç içim ki, bu yanğım sönə?
    Nizami...
    AĞDAM HAQQINDA BALLADA VAHİD ÇƏMƏNLİ

    AĞDAM HAQQINDA BALLADA VAHİD ÇƏMƏNLİ



    Xəbər alsan bu vilanın əhvalın...
    (Qasım bəy Zakir)

    Ərz eləyin məndən Zakir babama,
    Bu vilada necə qalmaqal oldu..
    Olan oldu, ölən öldü, qalan yox,
    Dağlar, düzlər qanımızdan al oldu.

    Ağdam adlı bir şəhərim talandı,
    Damı, daşı...
    Can deyənim bol idi Vahid Çəmənli

    Can deyənim bol idi Vahid Çəmənli

    Tək bir gülü axtarırdı gözlərim,
    Aman Allah, necə şirin çağ ıdi.
    Boğazıma ilişməzdi sözlərim,
    Süzülərdi, elə bil ki, yağ idi.

    Günüm, ayım necə gəlib gedərdi?
    Kim yolumu, yolağımı güdərdi?
    Səhərəcən göyləri seyr edərdim,
    Dünya mənə gül-çiçəkli...
    Mənim ana dilim Ulu Türk dilim Vahid Çəmənli

    Mənim ana dilim Ulu Türk dilim Vahid Çəmənli

    Mənim ana dilim Ulu Türk dilim

    Vahid Çəmənli

    Mənim ana dilim, Ulu Türk dilim,
    Səni gözüm, könlüm anbaan çəkir.
    Bu dildə deyənə, yazana qurban,
    Hər sözü, cümləsi şöhrət, şan çəkir.

    Bu dildə edəsən yar ilə ülfət,
    Dost ilə dəyərli,...
    Yazdınmı barı Vahid Çəmənli

    Yazdınmı barı Vahid Çəmənli

    Sənin əlindədi bilirəm, qələm,
    Qalan hesabımı yazdınmı barı?
    Özgənin dilində mənə dərs verən,
    O dörd kitabımı yazdınmı barı?

    Bilmirəm, mən hara, haqq – hesab hara?
    Suallar əlində qaldım avara...
    Ayırdın ömrümü çox vuruqlara,
    Həqiqi babımı...
    Zaman içində Vahid Çəmənli

    Zaman içində Vahid Çəmənli



    Sandım, qapamısan köhə dəftəri,
    Hələ gəzdirirsən onu içində.
    Sevən unutsa da çəkdiklərini,
    Saxlarmış sonacan kini içində.

    İnsan övladıyıq, yanıldıq yüz yol,
    Göstərən olmadı, hardadı düz yol,
    İstər münəccim ol, istər şair ol,
    İtirdin,...
    AĞDAM AZAD AĞDAMDI VAHİD ÇƏMƏNLİ

    AĞDAM AZAD AĞDAMDI VAHİD ÇƏMƏNLİ

    AMMA BİLİM, AĞDAM AZAD Azərbaycan ĞDAMDI

    VAHİD ÇƏMƏNLİ

    Ağdamıma həsrət qaldı gözlərim,
    Ahıl çağım, nə ağrılı zamandı.
    Ağdama yox, Quzanlıya sığındım,
    Məni düzgün anlayın haa, amandı.

    Quzanlı da öz yurdum, öz məskənim,
    Üçoğlana...
    ÜRƏYİMİ SIXAN DAĞLAR VAHİD ÇƏMƏNLİ

    ÜRƏYİMİ SIXAN DAĞLAR VAHİD ÇƏMƏNLİ


    Dərdli ananın bu şəklinə biganə qalmaq olmur. Gərək daş olasan ki, əriməyəsən. Bilmirəm, niyə, amma bu şəklə baxdıqca ürəyimdən kağıza bu sətirlər axdı.

    Vahid Çəmənli

    Ürəyimi sıxan dağlar,
    Uzağın yaxın oldumu?
    Üzü bəri baxan dağlar,
    Qoynuna...
    NƏYİNƏ GƏRƏYƏM SƏNİN AY VƏTƏN Vahid Çəmənli

    NƏYİNƏ GƏRƏYƏM SƏNİN AY VƏTƏN Vahid Çəmənli


    Şümşad göylərində şimşəklər çaxdı,
    Çağırdın, olmadım hayına yetən.
    Sən yandın, mən sənə kənardan baxdım,
    Nəyinə gərəyəm sənin ay Vətən?

    Başımın üstündə yanar bayrağın,
    Bayrağın altında millət bir çətən...
    Dünyanı tutmursa səsin,...
    Gəzərsən Vahidi bir gün çıraqla Vahid Çəmənli

    Gəzərsən Vahidi bir gün çıraqla Vahid Çəmənli

    Axı neyləmişəm ay gülüm sənə,
    Çıxırsan qarşıma qaşla-qabaqla.
    Vallahi, verirsən çox zülüm mənə,
    Keçir ömrüm, günüm kədərlə, ahla.

    Deyirəm, solmayıb hələ eşqimiz,
    Bənzəyir çiçəyə, gülə eşqimiz...
    Deyirsən, - “Olmasın belə eşqimiz,
    Şirin...
    Ramiz Bayramov Vahid Çəmənli

    Ramiz Bayramov Vahid Çəmənli



    Neçə ürəklərdə yerin, yurdun var,
    Neçə ürəklərə yol alan Ramiz.
    İçində təpərin, yanar odun var,
    Adıyla, varıyla var olan Ramiz.

    Dünya çox salasa da səni oyuna,
    Zərrəcə gəlmədi xələl boyuna,
    Adına, sanına öz kök-soyuna,
    Oldun çox...
    Bu dağın yamacında Vahid Çəmənli

    Bu dağın yamacında Vahid Çəmənli

    Kəlbəcərli dostum Mail müəllimə həsr edirəm.

    Bu dağın yamacında gəl quraq bir alacıq,
    Dörd yanımız gül-çiçək,
    səma aydın, göy açıq.
    Dizimizdə təpər də olsun dostum, azacıq,
    Dolaşaq yurdumuzu
    Gecə-gündüz döymadan...

    Gəl, baş-başa...
    Aşıq Haşım Qubalı Vahid Çəmənli

    Aşıq Haşım Qubalı Vahid Çəmənli

    Kənddəki evimin eyvanındayam,
    Ürəyim narahat, özüm rahatam.
    Bir baxış, bir ülfət, bir sən çatmırsan,
    Bu rahat dünyamın gözünə qatam.
    (Aşıq Haşım Qubalı)

    Bu köhnə divarlar nələrə şahid,
    Acı xatirələr indi bal dadır.
    Aşığın...
    Murov dağı Vahid Çəmənli

    Murov dağı Vahid Çəmənli


    Murov, səndən gileyliyəm,
    Zirvələrdə qarın hanı?
    Quzeylərin sənə qalsın,
    Güneylərdə barın hanı?

    Döyəclədik nala-mıxa,
    Yurd-yuvamız çıxdı yoxa...
    Qaldıq sənə baxa-baxa,
    Heç demədin varın hanı?

    O tərəfin Göyçə eli,
    Bol-bol...
    Qaldı  Vahid Çəmənli

    Qaldı Vahid Çəmənli


    Üyütdüm günləri dəyirman kimi,
    Qaldı, baş aparan çax-çaxı qaldı
    Nə umdum, ömrümə nələr yazıldı?
    Dilimdə gileyi, ah-vahı qaldı.

    Əkdiyim ağaclar vermədi bəhər,
    Üzdü boğazımı acı bir qəhər...
    Bir gün də yaşadım elə bir təhər,
    Üzun...
    Bir şerin tarixi Vahid Çəmənli

    Bir şerin tarixi Vahid Çəmənli

    1978-ci ilin iyul ayında yazılan bu şeri köhnə şer dəftərimdən tapmışam. Tapmışam deyəndə, bir az qəribə olur. Əslində, bu şer həmişə orada olub. Mən nəsə diqqət verməyib, səhifəni çevirmişəm. Bəlkə bu elə o zaman da, indi də mənim əlçatmaz, ünyetməz bir arzum olub ona görə...
    Xatirimdə...
    Dünyanı sevəni dünya unudur Vahid Çəmənli

    Dünyanı sevəni dünya unudur Vahid Çəmənli


    Nə qədər dünyaya insanlar gəlib?
    Milyondan birisən Çəmənli Vahid.
    Əvvəlin bəllidi el arasında,
    Sonun nə olacaq, nə bəlli, Vahid?

    Yurdunu, elini, obanı tanı,
    Yolunda mərdanə ver şirin çanı...
    Damarda kim tutar çağlayan qanı?
    Çox vermə özünə...
    Gün aydın Turan elləri Vahid Çəmənli

    Gün aydın Turan elləri Vahid Çəmənli

    Bu şəkili 26 iyul 2018-ci ildə Ağdam rayonunda - öz doğma Vətənimdə çəkmişəm.
    Günəşin asta-asta Qarabağ dağlarında qürub etməsi məni pərişan etdi.
    Çox istərdim ki, Qarabağ dağlarından doğan Günəşi seyr edim.
    Çox inanıram ki, o gün gələcək.
    Elə bir gün gələcək...
    Keçir Vahid Çəmənli

    Keçir Vahid Çəmənli



    Məni bənd eləmə özünə gözəl,
    Ömür sətirlənir varaqdan keçir.
    İndi necə düşüm izinə gözəl?
    Yollarım burulur qıraqdan keçir

    Hər səni görəndə əsir dizlərim,
    Çaşıram, baş-ayaq olur sözlərim,
    İsti göz yaşıyla dolur gözlərim,
    Atəşi...